Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyalarının sabitləşməsinə dəstək məqsədilə Xəzər dənizinin Siyəzən rayonu akvatoriyasına balıq körpələri buraxılıb.
BUTA.TV xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilib: "Tədbirdə Xəzərin şimal hissəsinə qızılbalıq körpələri buraxılıb və növbəti dəfə təbii artımına, bərpasına dəstək göstərilib. Ümumiyyətlə isə balıq ehtiyatlarının artırılması, bərpası məqsədilə son 2 ildə ölkənin su hövzələrinə 3 milyonadək balıq körpəsi buraxılıb və bu proses davam etməkdədir".
Xidmət rəsmisinin sözlərinə görə, balıq ehtiyatlarının artımına nail olmaq üçün hamılıqla onları mühafizə etməli, qadağan olunmuş alətlərlə, qadağan olunmuş vaxtlarda balıq ovlamamalıyıq.
"Bütün vətəndaşlara, xüsusilə su hövzələri yaxınlığında yaşayan sakinlərə müraciət edirik ki, buraxılan balıq körpələrinin böyüməsinə, ümumiyyətlə balıq ehtiyatlarının qorunmasına dəstək göstərsinlər, nazirlik tərəfindən irəli sürülmüş "Hövzələri sintetik torlardan birlikdə təmizləyək!" aksiyasına qoşularaq su bioresurslarının sabit inkişafına töhfə versinlər, - deyə F.Əliyev qeyd edib.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə
- Ərzaq bazarında təhlükə siqnalı: Yeni qiymət artımları gözlənilir
- Göyçayda maşın su kanalına düşdü - Video
- Qarabağla bağlı yeni fond yaradılır
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...