Ermənistan mətbuatı dərin təəssüf hissi ilə xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonuna yeridilməsi nəticəsində “Böyük və Kiçik Sünik Memorial”ı Azərbaycan tərəfinin nəzarətinə keçib.
BUTA.TV xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib.
“Ermənilər son anda yalnız xaçkarı “memorial”dan yığışdıra biliblər. Qeyd edək ki, erməni ekspansionistlərinin terminologiyasında “kiçik Sünik” Azərbaycanın Qarabağ bölgəsi hesab edilirdi və memorial “Sünik və Arsax talelərinin birliyini” simvolizə edirdi. Nə isə. Fərarilərə keçmiş olmasın”, - ekspert bildirib.
- İngiltərə Fransanı darmadağın edir - Canlı+Yenilənir
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video
- Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?
- Həmin uşaqların anası polisə çağırıldı
- Bu müəllimlərin diqqətinə!
- Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
- Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video
- Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib