Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın mərkəzində onu satqın adlandıran vətəndaşın gözünə tüpürüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Aspram Krpeyanla birlikdə vətəndaşın hüquqlarını qorumaq üçün polis idarəsinə gedən “Şərəf duyuram” fraksiyasından olan həmkarı Hayk Mamicanyan feysbuk hesablarında canlı yayımda bildirib.
“İrəvanın mərkəzində repatriant Karen Mkrtçyan parlamentinin sədrini görüb və “satqın” - deyə qışqırıb. Bundan sonra Alen Simonyan cangüdənlərinə Karenin qollarından tutmaq göstərişini verib, cangüdənlər Alenin göstərişini yerinə yetiriblər, Simonyan Kareni nalayiq sözlərlə söyüb, bundan sonra vətəndaşın gözlərinə tüpürüb.
O, bunu vətəndaşın çoxsaylı mühafizəçiləri tərəfindən saxlanmasından istifadə ilə edib. Bundan sonra mühafizəçilər polis gələnə qədər Kareni saxlayıblar. Karen polis bölməsinə aparılıb, şəxsiyyəti müəyyən edildikdən sonra sərbəst buraxılıb”, - Mamicanyan bildirib.
Mamicanyanın sözlərinə görə, bu, ona görə edilir ki, daha hakimiyyətin ünvanına belə sözlər deyilməsin.
“Belə hallarda ya Karen, ya da digər vətəndaşlar bizim müdafiəmiz altında olacaq. Onlar satqındırlar və bunu dayanmadan eşidəcəklər”, - Mamicanyan bildirib.
Polis binasının yanında olan deputat Aspram Krpeyan da əlavə edib ki, vətəndaş faktiki olaraq söz azadlığı hüququndan məhrum edilib.
- Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü
- İran Məkkə sazişinə dəvət alıb? – Tehrandan açıqlama
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Xələf Xələfova ağır itki
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
- İsrail Livanda yeraltı sığınacaqları vurur