ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon zəngi edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Lavrov və Blinken “Voll Strit Jurnal”ın müxbiri Evan Qerşkoviçin saxlanmasını müzakirə ediblər:
"Lavrov Qerşkoviçlə bağlı məsələdə Rusiya hakimiyyətinin qərarlarına hörmət edilməsinin vacibliyinə yönəldib. O və ABŞ dövlət katibi ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə toxunublar".
Lavrov Blinkenə deyib ki, Vaşinqton və Qərb mediasının Qerşkoviç işinə siyasi çalar vermək niyyəti ilə ajiotaj yaratması qəbuledilməzdir, Qerşkoviçin sonrakı taleyini məhkəmə müəyyən edəcək.
- Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü
- İran Məkkə sazişinə dəvət alıb? – Tehrandan açıqlama
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Xələf Xələfova ağır itki
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
- İsrail Livanda yeraltı sığınacaqları vurur