İranın Azərbaycandakı səfirini vaxtından əvvəl dəyişmək qərarı ətrafında müzakirələr səngimir.
BUTA.TV xəbər verir ki, İran mediası İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti başa çatmadan geri çağırılmasının səbəbi haqda sensasiyalı məlumatlar yayır. İddia edilir ki, A.Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətləri olub və bu səbəbdən İranda hətta onun geri çağırılması üçün petisiya da başladılıb.
Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətə malik olmasının İrana hansı “ziyanlar” vurduğuna isə aydınlıq gətirilməyib. Ümumiyyətlə, Musəvi səfir kimi öz dövlətinin maraqlarını müdafiə edib, hətta vaxtilə ifşa edilən İran şəbəkəsinin etiraf etdiyi kimi, diplomatik missiyaya aid maşından qanunla qadağan edilən təbliğat vasitələrinin və digər əşyaların Azərbaycan ərazisinə gətirilməsi üçün istifadə olunub. Əksinə, Musəvi vaxtından əvvəl məhz bu fəaliyyətinə görə geri çağırılmalı idi və yaxud elə buna görə də səlahiyyətinə xitam verilib.
Qeyd edək ki, İran Azərbaycandakı səfirinin diplomatik fəaliyyətinə vaxtından əvvəl xitam verib və onu geri çağırıb. Mediada yayılan məlumata görə, onun əvəzinə Müctəba Dəmirçi Azərbaycana səfir təyin edilib. M.Dəmirçi bundan öncə Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib
- İngiltərə Fransanı darmadağın edir - Canlı+Yenilənir
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video
- Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?
- Həmin uşaqların anası polisə çağırıldı
- Bu müəllimlərin diqqətinə!
- Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
- Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video
- Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib