Əgər Rusiya Ukrayna cəbhəsində uğur qazansa, Ermənistanın daxili siyasi həyatında vəziyyət dəyişəcək. Müəyyən bir fiqurun (Paşinyan - red.) hakimiyyətdə qalmaqla bağlı problemləri olacaq, siyasi sığınacaq almağa ehtiyac yaranacaq. Hazırki hakimiyyət gələcək siyasi sığınacaq məsələsini artıq həll etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.
“İndi müəyyən addımlar atılır ki, bu da sonrakı sığınacaq üçün Qərbə bir növ avans ödənişi sayılmalıdır. Buna ilk növbədə Ermənistanın AB-yə müşahidə missiyası göndərilməsi ilə bağlı müraciətidir. Hakimiyyət orqanlarının bu cür hərəkətlərinə sonradan parlamentdə ratifikasiya edilməli olan BCM-nin Roma Statutuna dair Konstitusiya Məhkəməsinin qərarı da daxil edilməlidir”, - o bildirib.
Badalyan vurğulayıb ki, Rusiya da cavab verməkdə gecikmir:
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
“Ermənistandan idxal edilən süd məhsullarının keyfiyyəti ilə bağlı Rusiya tərəfinin qəfil aşkarladığı problemlər yalnız ilk əlamətdir. Növbəti mərhələdə Ermənistandan qeyri-qanuni miqrasiya problemi qaldırılacaq. Rusiyanın bir sıra fiqurları Ermənistan hakimiyyətinə qarşı indiyədək müşahidə olunmayan sərt bəyanatlara əl atırlar. Bu bəyanatlar Ermənistanda gələcək proseslərin xəbərçisidir”.
- İslahatlar sosial müdafiə xidmətlərini daha əlçatan edib
- Prezident DTX-yə yeni səlahiyyət verdi
- DİM bu imtahanın nəticələrini elan etdi
- Bu məhsulların ölkəyə girişinə - Qadağa qoyulur
- İlham Əliyev fərman imzaladı
- Akademikin yanlışı: Qədim əlyazma ilə necə davranmalıdır?
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə