Ola bilsin ki, Paşinyan nə vaxtsa özünü Məsih elan etsin.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan sosial şəbəkədəki səhifəsində yazıb.
"Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, kilsənin hökumətlə münasibəti pisdirsə, deməli, onun Allahla münasibəti pisdir. Nikol “xırda” dünyəvi məsələləri həll edərək, səma qanunlarını şərh etməyə keçib. Məmur sənətinə “mükəmməl” yiyələnən baş nazir ilahiyyat sahəsinə də mühüm töhfə vermək qərarına gəlib”, - o bildirib.
Onun fikrincə, Paşinyan kilsəni çıxılmaz vəziyyətə salıb:
"Xristian dünyasının bütün monarxları kilsə rəhbərlərinin xeyir-duası ilə hakimiyyətə gəliblər. Paşinyan çətin seçim qarşısındadır. Bir halda o hesab edir ki, onu Ermənistan qanunvericiliyinə uyğun olaraq xalq seçib, digər tərəfdən onu Allah rəhbər təyin edib. İkinci halda o, kilsəyə və katolikoslara tabe olmağa borcludur”.
- Daha bir HƏMAS komandiri öldürüldü
- Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü
- Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
- 68 yaşlı motosiklet sürücüsü qəzada öldü
- Rusiya daha bir gəmini vurdu
- Sevastopola PUA hücumu: yaralılar var
- İran bu ölkələrdən yeni razılaşmalarla bağlı mesajlar alır