Bakı metrosunun “Memar Əcəmi” stansiyasında orta yaşlı kişi sərnişin stansiya yoluna düşüb.
BUTA.TV-ın Oxu.Az-a istinadən məlumatına görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb.
Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.
Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb.
Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.
- Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü
- Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
- 68 yaşlı motosiklet sürücüsü qəzada öldü
- Rusiya daha bir gəmini vurdu
- Sevastopola PUA hücumu: yaralılar var
- İran bu ölkələrdən yeni razılaşmalarla bağlı mesajlar alır
- Nikolayevdə partlayış oldu, digər bölgələrdə də...