Kreml müvəqqəti işğal olunmuş Zaporojye vilayətinin Berdyansk şəhərində Rusiya vətəndaşlığı pasportlarını almış yerli həkimləri hərbi qeydiyyata alınmağa məcbur edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"İşğalçılar döyüş meydanında tibbi kadr çatışmazlığı ilə üzləşirlər. Hərbi həkim çatışmazlığını doldurmaq üçün Rusiya vətəndaşlığı pasportlarını almış Berdyansk tibb müəssisələrinin yerli işçilərini hərbi xidmətə yazılmağa məcbur etməyə başlayıblar. Bundan imtina ediləcəyi təqdirdə işğalçılar həkimləri iş yerlərini itirməklə hədələyirlər", - məlumatda deyilir.
- Bu ölkədə güclü zəlzələ oldu
- Daha bir HƏMAS komandiri öldürüldü
- Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü
- Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
- 68 yaşlı motosiklet sürücüsü qəzada öldü
- Rusiya daha bir gəmini vurdu
- Sevastopola PUA hücumu: yaralılar var