Müğənni Hadisənin Bakı Konqres Mərkəzində baş tutan konsertdə maraqlı anlar yaşanıb.
BUTA.TV xəbər verir ki, konsertdə əkiz bacılar Sevil və Sevinc Səfərovalar səhnəyə çıxaraq Hadisəyə portret hədiyyə ediblər.
Daha sonra Sevinc Səfərova Türkiyəyə zəlzələ fəlakəti zamanı dəstək olan Sərvər Bəşirlini səhnəyə dəvət edib:
"Türkiyə deyəndə iki dövlət, bir millət deyirik. Biz bunu sözlə deyil, əməl ilə iki dövlət olaraq sübut etmişik. Amma yaxın günlərdə təbii fəlakət yaşandı və bu hadisə hamının başına gələ bilər. Zəlzələ bölgəsinə yola düşən çox böyük bir ürəyə sahib olan insanı hamı yaxşı tanıyır. O, Hadisə xanımın dəvəti ilə burdadır. Onu səhnəyə dəvət edirik. Siz böyük ürəyə sahib insansınız. Sizə təşəkkür edirik".
Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
Müğənni Hadisə isə Sərvər Bəşirliyə təşəkkür edib:
"Sərvər Bəşirli bu yaşadığımız fəlakətdə ən böyük dəstəkçilərdən biri oldu. İlk gündən yola çıxdı və ölkəmiz üçün dəstəyə gəldi. Hamımızın gözlərini doldurdu və ağlatdı. Ona çox təşəkkür edirəm".
- Çimərlikdə bir ailənin 3 üzvünün meyiti tapıldı
- Maxaçev döyüşlərdən kənarlaşdırıldı
- 1640-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Trampdan İran açıqlaması: Başqa seçimimiz yox idi
- Rusiyaya dərin zərbələr: Bu, Putinin xeyrinədir...
- Çin generallarını süni intellektə dəyişir- Şok araşdırma
- Putin düşünür ki, ukraynalılar bu qışdan sağ çıxmayacaq - Kislitsa
- Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?