HMS-lər cəbhədədir, Moskva müdafiəsizdir - Ekspert

08:48 - 8 May 2023 - GÜNDƏM

 HMS-lər cəbhədədir, Moskva müdafiəsizdir - Ekspert

Rusiya hər kəsi inandırmağa çalışır ki, ölkə, xüsusən də Moskvadakı hava hücumundan müdafiə sistemi dünyanın ən güclüsüdür. Bəlkə də Moskva və Kreml üzərində hava hücumundan müdafiə sisteminə Krım və Rusiyanın Qara dəniz Donanmasının əsas bazası - Sevastopol üzərində sistemlər rəqib ola bilər.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov “Moskvanı mümkün dron hücumlarından qorumaq üçün hansı qüvvələrə ehtiyacı var?” sualına cavab olaraq deyib.

"Amma biz görürük ki, nəinki Moskvaətrafı ərazilərdə, hətta bilavasitə Rusiyanın paytaxtında da vaxtaşırı baş verən o hadisələr rus təbliğatçılarının açıqlamalarına uyğun gəlmir", - o bildirib.

Ekspert qeyd edib ki, ruslar özlərini qorumaq üçün xeyli sayda hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyurlar:

Bu xəbər hal-hazırda çox oxunur
Moskvadakı Azərbaycan diasporu buraxılacaq

"Lakin burada bir problem yaranır: onların müdafiə sistemləri ukraynalı müdafiəçilərdən qorunmaq üçün Ukrayna cəbhəsində yerləşdirilib".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol