Fransa nazirinin Romanı miqrant böhranını pis idarə etməkdə ittihamından sonra İtaliya Parisin üzr ifadəsindən narazı qalıb.
BUTA.TV xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
“Bizə daha aydın sözlər lazımdır. Ümid edirəm ki, Fransa hökuməti öz mövqeyini dəyişəcək və daxili işlər nazirinin tutduğu mövqedən fərqli olaraq üzrxahlıqla çıxış edəcək. Onları məmnuniyyətlə qəbul edəcəm”, - o bildirib.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Cerald Darmanin keçən həftə İtaliyanın Baş naziri Georgia Meloninin miqrasiya problemlərini həll edə bilmədiyini deyib. Üstəlik, o, onu seçicilərə miqrasiya böhranına son verə biləcəyi barədə yalan danışmaqda ittiham edib.
Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
Buna etiraz olaraq Tayani son anda Parisə səfərini ləğv edib. O, Darmaninin sözlərini İtaliyaya qarşı təhqir adlandırıb.
Fransa hökumətinin sözçüsü Olivye Veran vəziyyəti sakitləşdirməyə çalışıb. O, Darmaninin İtaliyanı günahlandırmaq istəyinin olmadığını qeyd edib. Bununla belə, Meloni daha aydın üzr istəməyi tələb edib.
- Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?
- Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Husilərdən Səudiyyəyə növbəti hücum...
- Bununla bağlı Türkiyədən cavab gözləyirik - Rusiya
- Nigeriyada qayıq aşdı: 40 nəfər öldü
- Kiyevdə ticarət mərkəzinə PUA düşdü
- İrandan Trampa cavab: Mütləq cəzalanacaq!