"Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 2 303 319.96 AZN-dir.
Ötən il yayılan məlumatlarda "Evrascon” ASC-nin 345 619.85 AZN vergi borcu olduğu bildirilirdi. Bir il ərzində borcun 2 milyona qalxması şirkətin maliyyə böhranı yaşadığına şübhələri artırır. "Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.
ASC-nin əsl sahibinin isə baş nazirin keçmiş müavini Abid Şərifov olduğu barədə iddialar var. Bir neçə ilə əvvəl mediada Abid Şərifovla bağlı dərc edilən araşdırma yazısında göstərilir ki, baş nazirin keçmiş müavinin həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.
2015-ci ildə Qazaxıstanda "Evrascon” ASC ilə bağlı qalmaqal baş verib. Həmin vaxt dərc edilən məlumatlarda bildirilirdi ki, Qazaxıstanın Almatı Vilayət Məhkəməsi azərbaycanlı fəhlələrin həbsinə başlayıb. Bu məlumatla bağlı Abid Şərifovun mövqeyi öyrənilib. Baş nazirin müavini açıqlamasında deyib ki, şirkətin rəhbəri onun qardaşıdır: "Belə bir hal yoxdur, yalan söhbətdir, cəfəngiyatdır. Bu şirkət 1000-dən çox fəhlə işlədir, azərbaycanlıları xaricə aparıb işlə təmin edir. Təsəvvür edirsiniz, 1000-dən çox fəhləni. Bu şirkətin rəhbəri mənim qardaşımdır”.
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…