ABŞ uzunmüddətli hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün Ukraynaya əlavə 1,2 milyard dollar hərbi yardım etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Associated Press" məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun çərşənbə axşamı elan etmək niyyətində olduğu hərbi yardım paketi Kiyevə ötürülməsi planlaşdırılan "Hawk" zenit-raket komplekslərinin və pilotsuz uçuş aparatlarının istehsalı üçün vəsaitin ayrılmasını nəzərdə tutur:
"Bundan əlavə, pul artilleriya sursatlarının və raketlərin istehsalına, peyk şəkillərinə çıxışın təmin edilməsinə, avadanlıqların saxlanmasına və ehtiyat hissələrinin alınmasına sərf olunacaq. Ukraynanın gələcəkdə ehtiyaclarını təmin etmək üçün vəsaitlərin bir neçə ay və hətta il ərzində bölüşdürülməsi planlaşdırılır”.
Qeyd olunur ki, sözügedən paketə daxil olan silahlar Pentaqonun mövcud ehtiyatlarından ayrılmayacaq.
- Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı Herbst
- Prezident Omanın Sultanını təbrik etdi
- Azərbyacan bu platformaya qoşulacaq - Herbst
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama
- Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu
- Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi
- Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır