Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
- Fransadakı göstərici bundan da çoxdur - Prezident
- Azərbaycan ilə Çinin böyük planları var - Əliyev
- İlham Əliyevdən Şuşa forumu ilə bağlı paylaşım - Video
- Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq - Prezident
- Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev
- Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev
- Fransa ilə Kaledoniya arasında baş verən hadisə...
- Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident