Azərbaycan peykləri ilə bağlı yeni açıqlama

14:10 - 9 May 2023 - GÜNDƏM

 Azərbaycan peykləri ilə bağlı yeni açıqlama

Azərbaycanın yeni peykləri orbitə ABŞ-ın “SpeysX” şirkətinin (Space Exploration Technologies Corporation) “Falcon” raketləri ilə buraxıla bilər.

BUTA.TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədovun sözlərinə görə, bununla bağlı şirkətin Azərbaycanda səfərdə olan prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) ilə müzakirələr aparılıb:

“Azərbaycan qarşıdakı illərdə yeni peyk layihələri icra etməyə hazırlaşır. Biz Azərbaycanın yeni peyklərinin orbitə “Falcon” raketləri ilə buraxılması imkanlarını və “SpaceX” şirkətinin Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakı və ən yüksək səviyyədə təşkilatçılıq məsələlərini bu görüşdə müzakirə etdik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol