Podolyakdan əks-hücum anonsu

14:18 - 9 May 2023 - GÜNDƏM

 Podolyakdan əks-hücum anonsu

Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücumunu hər şeyi həll edəcək bir döyüş kimi qəbul etmək olmaz.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Biz əks-hücumdan, bunun Rusiya üçün fəlakət olacağından və ya əksinə, Ukrayna üçün heç bir irəliləyiş olmayacağından danışanda, elə bil Hollivud filmindəyik. Və bu filmdə hansısa yer uğurunda sonuncu həlledici döyüş olacaq. Belə olmur. Müharibənin intensivliyini və miqyasını, Rusiyanın bura yatırdığı resursları, o cümlədən səfərbər olanları nəzərə almaq lazımdır. Bu, bir həftə, bir gün və ya bir aylıq məsələ deyil. Burada bir çox hadisələrdən söhbət gedir, çünki biri daha uğurlu, digəri isə daha az uğurlu ola bilər”, - Podolyak bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol