Elşad Miri yenə sərt danışdı: "Mir Mövsüm ağa, Seyid Lazım ağa kimi tanınan şəxslərə..."

09:00 - 10 May 2023 - CƏMİYYƏT

 Elşad Miri yenə sərt danışdı:

İnsanların böyük inamla getdikləri yerlərdən biri də Azərbaycandakı çoxsaylı ibadət yerləri sayılan pirlər və ocaqlardır. Dini bayramlarda insanlar məscidlərlə yanaşı pirlər, ocaqlar və övliyaların qəbirlərinə üz tuturlar. Bəs bu məkanların islama nə dərəcədə aidiyyatı var. Bunları dini yerlər adlandırmaq olar, yoxsa mövhumatçılıq? Mövzuyla bağlı Referans.az-a danışan ilahiyyatçı Elşad Miri ocaq və pirlərə gedən şəxslərin avamçılığın və mövhümatın əsiri olduğunu bildirib: “Bununla bağlı Quranın Əfqar surəsinin 5-ci ayəsində konkret cümlə var. Həmin yerdə yazılıb ki, Allahı qoyub qiyamət gününədək cavab verə bilməyəcək şəxslərə yalvarandan daha azmış kim ola bilər? Əgər bir insan vəfat edibsə və bizə cavab verə bilmirsə bu adama biz yalvarırıqsa, hər hansı bir arzumuzun reallaşmağını ondan istəyiriksə, o zaman həmin insanlarda zalım heçkim yoxdur. Bizim müraciət etməli olduğumuz əsas mənbə dinin mənbəyi olan Qurandır. Quranda Allah bu cür deyəndən sonra insanların hər hansısa bir ziyarətgah, türbə, pir və ya ocaq adlandırılan yerlərə getməyinin heç bir əhəmiyyəti yoxdur.

Peyğəmbərin sağlığında onun bilirik ki, üç xanımı vəfat etdi, üç qızı vəfat etdi . Bu hadisədən sonra səhabələr, tabeyinlər və ya digər şəxslər gəlib onlara sitayiş elədilərmi? Heç bir zaman bunlara nə səhih, nə də uydurma hədislərdə rast gəlmək mümkündür. Bu kimi hadisələr çoxdur, günü bu gün insanlarımızın böyük əksəriyyəti pirlərə gedir, ocaqlara gedir və ya hansısa dünyasını dəyişmiş bir şəxsə ibadət edir.

Bu gün çox adam Mir Mövsüm ağa adlandırılan "ətağa" kimi bilinən, bundan əlavə Seyid Lazım ağa kimi tanınan şəxsə ibadət edir, ona and içir. Bunların hamısı Allaha şərik qoşmaqdır. Araşdırsınlar görək, bu gün banklarda hansı bir pirin bir milyondan çox vəsaiti var, araşdırsınlar görək, ianə hesabıyla dövlətə vergi verməyərək yığılan bu pullar hara gedir. Bu gün insanlar gedib hansısa yoxsul birinə kömək etmək əvəzinə gedib, pullarını boş və lazımsız yerlərə sərf edirlər. İnsanlar dinin mahiyyətini qoyub, zahiri atributları ilə bütün ömürləri boyu əlləşəcəklər. Dinin əsas qayəsi, əsas məqsədi kənarda qalır, onlar mənasız işlərdən yapışırıq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol