Heydər Əliyev Azərbaycan SSR DTK-də işlədiyi vaxtlarda çoxlu sayda uğurlu əməliyyatlar keçirib. Bunların sırasında “Naturalist”, “Duel”, “Axito”, “Alagöz” və s. bu kimi əks-kəşfiyyat işinin şah əsərləri sayıla biləcək əməliyyat kombinasiyalarını sadalaya bilərik.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Xalq qəzeti”ndə dərc edilmiş müsahibəsində deyib.
Ə.Nağıyev qürur hissi keçirərək bildirib ki, bu gün Heydər Əliyevin adını daşıyan DTX-nin Akademiyasında həmin əməliyyat işləri gələcəyin əməkdaşlarına öyrədilir:
“Bütün bu əməliyyatlara aid sənədli materiallarla yaxından tanış olduqda onların qurulmasında mahir əks-kəşfiyyatçı izini, Heydər Əliyev dəst-xəttini, Heydər Əliyev peşəkarlığını görmüş olursan.
“Keçirdiyi əməliyyatlarla bağlı əvvəlcədən qurduğu əməliyyat planları onun uzaqgörənliyinin, təhlil etmək bacarığının mücəssəməsidir. Necə deyərlər, bu, bir elmdir, ustad dərsidir, şedevrdir. Bu fikirlər vaxtilə Heydər Əliyevlə birgə çiyin-çiyinə çalışmış və iş üslubuna yaxından bələd olan veteran əməkdaşlarımız, xidməti ərzində yolları bu dahi şəxsiyyətlə kəsişmiş digər şəxslər tərəfindən də birmənalı olaraq etiraf edilir. Sadalananlar həm ölkə daxilində, həm də onun sərhədlərinin xaricində Heydər Əliyevi peşəkar təhlükəsizlik zabiti kimi tanıdır və xarakterizə edir”.
- Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq - Prezident
- Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev
- Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev
- Fransa ilə Kaledoniya arasında baş verən hadisə...
- Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident
- Donald Trampa çox minnətdarıq - İlham Əliyev
- Bütün bunlar mənə möcüzə kimi gəlir - İlham Əliyev
- Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident