Bu gün II Qarabağ müharibəsi şəhidi Elnur Əli oğlu Allahverdizadənin doğum günüdür.
BUTA.TV xəbər verir ki, Elnur Allahverdizadənin yaxınları ilə yanaşı, iş yoldaşları, şəhidin bitirdiyi Sumqayıt şəhər 41 saylı orta məktəbin müəllim - şagird kollektivi məzarını ziyarət ediblər. Məktəblilər şəhidin məzarı başında vətənpərlik ruhunda şeirlər söyləyiblər. Anım tədbiri Elnur Allahverdizadənin adına verilən ehsan süfrəsi ilə davam edib.
Elnur Allahverdizadə 15 may 1995-ci ildə Sumqayıt şəhərində doğulub. 29 sentyabr tarixindən cəbhəyə yollanan Elnur 4 oktyabrdan şəhid olduğu günə - 7 noyabr tarixinədək döyüşlərdə iştirak edib. Həmin gün düşmənin açdığı top atəşindən boğazına tuşlanan qəlpə yarası ilə Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində şəhid olub.
Elnur Allahverdizadə bir sıra prodakşınlarda səs operator kimi işləmiş, saysız-hesabsız reklam və videoroliklərin araya-ərsəyə gəlməsində əmək sərf edib.
Qeyd edək ki, Elnur Allahverdizadə şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...
- İlham Əliyev fərman imzaladı
- Beşinci qrup üzrə qəbul planı nə qədərdir?
- Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
- Bakıda güclü külək nə vaxta kimi davam edəcək?
- Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video