Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Əlihüseyn Fazil oğlu Həsənov, 1985-ci il təvəllüdlü İradə Zakir qızı Rzayeva, 2009-cu il təvəllüdlü Soma Emin qızı Rzayeva, 2002-ci il təvəllüdlü Məryəm Ramin qızı Məmmədli, 1995-ci il təvəllüdlü Soldoz Ramiz qızı Qasımlı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb.
Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
- Təyyarə biletləri ilə bağlı tədbirlər görüləcək – Sərəncam
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...
- İlham Əliyev fərman imzaladı
- Beşinci qrup üzrə qəbul planı nə qədərdir?
- Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
- Bakıda güclü külək nə vaxta kimi davam edəcək?