Fransanın PSJ klubunun argentinalı futbolçusu Lionel Messi yenidən Səudiyyə Ərəbistanına səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə Messi sosial şəbəkə hesabında paylaşım edib.
Messi ailəsi ilə birgə Əd-Diriyə şəhərini gəzib:
"Səudiyyə Ərəbistanının doğulduğu və 300 illik tarixə ev sahibliyi edən bölgəni ailəmlə birlikdə kəşf edərək gözəl gün keçirdim".
Qeyd edək ki, Lionel Messi bir müddət öncə PSJ-nin düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollandığı üçün əsas komandadan kənarlaşdırılmışdı. Daha sonra üzr videosundan sonra komandaya geri qaytarılmışdı.
Onun Səudiyyə Ərəbistanı komandalarından biri ilə danışıqlar apardığı güman edilir.
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...
- İlham Əliyev fərman imzaladı
- Beşinci qrup üzrə qəbul planı nə qədərdir?
- Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
- Bakıda güclü külək nə vaxta kimi davam edəcək?
- Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video