2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosu təqdim edilib.
BUTA.TV xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Bildirilib ki, loqoda kubokun təsviri və yarışın keçiriləcəyi il yer alıb.
Tədbir Los-Anceles şəhərində ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqların iştirakı ilə gerçəkləşib.
Təqdimatda FİFA prezidenti Canni İnfantina və braziliyalı ikiqat dünya çempionu Ronaldo da iştirak edib.
Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.
- “Arazın sahilində” ekoloji təmizlik aksiyası keçirildi
- Bakının 2 rayonunda işıq olmayacaq
- Oğuza istirahətə getdi, kirayə qaldığı evdə öldü
- Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - Foto
- Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
- Maşını ilə gəlinini narahat edən kişinin üzərindən keçdi
- Ağır qəza: bir ailənin 3 üzvü öldü - Foto
- Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib