Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib.
“AŞ və Qərb Belarusa qarşı destruktiv xətti davam etdirsə, Minsk bu struktura qoşulmaq üçün ərizəsini geri götürəcək və AŞ ilə münasibətlərin qalan formatlarını nəzərdən keçirməyə davam edəcək”, - o bildirib.
Şuranın Reykyavikdə keçirilən sammitinin nəticələrini şərh edən Qlaz qeyd edib ki, bu, onların 30 il əvvəl qoşulmaq istədiyi təşkilat deyil:
“Belarusun üzvlük ərizəsinə baxılması hələ 1990-cı illərdə AŞ tərəfindən dondurulub. Belə bir anlayış var ki, AŞ adi vətəndaşların, o cümlədən Belarusun gözü qarşısında özünü tamamilə nüfuzdan salmaq üçün hər şeyi edir”.
- Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur
- Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq
- Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı
- İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
- İki əzəli düşmən birləşir... – Telegraf
- Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq
- Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?
- İlham Əliyev Ərdoğana başsağlığı verdi