60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr əməkhaqlarında təbii ki, dəyişiklik olacaq. MİQ-də iştirak etməsələr artım onlara şamil olunmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, sertifikasiya imtahanlarını keçirməkdə məqsəd təhsilverənlərin peşəkarlığını ölçmək, təlimə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir:
“Hədəfimiz kimisə işdən çıxarmaq deyil. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxacağıq”.
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
- Azərbaycan yeni aldığı qırıcıları havalandırdı - Video
- Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto
- Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib...
- Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü
- Bir ailənin 3 üzvünün öldüyü qəza ilə bağlı cinayət işi açıldı