Lənkəranda piyada vuruldu: 4 maşın toqquşdu - Foto

15:56 - 18 May 2023 - GÜNDƏM

 Lənkəranda piyada vuruldu: 4 maşın toqquşdu - Foto

Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonunun Şilavar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil piyada Gülnaz Fərman qızı Cahangirovanı vurub. Daha sonra “Niva”, VAZ-2106 , "Mitsubişi Pajero" markalı minik avtomobillləri və "Ford Transit" markalı yük avtomobili toqquşub.

Zəncirvari qəza zamanı xəsarət alan piyada və sürücülərdən biri - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol