Mayın 18-i günorta saatlarından başlayaraq Tehran şəhərinin “Azadi” stadionuna gedən yollarda Təbrizin “Traktor” futbol klubunun azarkeşləri yürüş keçirirlər.
BUTA.TV xəbər verir ki, yürüş bu gün yerli vaxtla saat 18:00-da Tehranın "İstiqlal" futbol komandası ilə Təbrizin "Traktor" komandasının baş tutacaq qarşılaşmasına hazırlıqlarla bağlıdır.
Qruplar halında stadiona doğru gedən azarkeşlər "Dağlar başı dumandır, Tehran Azərbaycandır", "Hədəfimiz bir olsun, qartal qəhrəman olsun" şüarları səsləndirirlər.
Bununla yanaşı oyunun başlamasına saatlar qalmış "Azadi" stadionuna toplaşan azərbaycanlı azarkeşlər "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azadlıq, ədalət, milli hökumət" şüarları səsləndirirlər.
Qarşılaşmanı izləmək üçün Tehrana on minlərlə "Traktor" azarkeşinin toplaşmasına baxmayaraq, 100 min nəfərlik stadiona cəmi 1500 nəfər "Traktor"çunun buraxılacağı bildirilib. Hökumət məmurları və "İstiqlal" komandasının azarkeşləri azərbaycanlıların stadiona toplaşmalarına mane olublar. Məhz bundan sonra "Traktor" azarkeşləri ilə "İstiqlal" azarkeşləri arasında qarşıdurma baş verib.
Toqquşma nəticəsində bir neçə nəfər yaralanıb və hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
- Azərbaycan yeni aldığı qırıcıları havalandırdı - Video
- Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto
- Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib...
- Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü
- Bir ailənin 3 üzvünün öldüyü qəza ilə bağlı cinayət işi açıldı