Ermənistanda narkotik epidemiyası baş alıb gedir.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu gün jurnalistlərə müsahibəsində Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan bu sözləri deyib.
“Məktəblərdə, universitetlərdə narkotik paylanır, hətta bəzi məlumatlar var ki, narkotik orduda, azyaşlılar arasında geniş yayılıb. Bu, böyük bir fəlakətdir. Bilirəm ki, bəzi tədbirlər görülür, hüquq-mühafizə orqanları müəyyən mübarizə aparır, lakin bu, daha intensiv olmalıdır”, – deyə Artur Xaçikyan bildirib.
Xaçikyanın sözlərinə görə, erməni gəncləri məhv edilir, cəmiyyət sözün əsl mənasında yuxuya verilir.
Erməni politoloqun bildirdiyinə əsasən, qonşu Gürcüstanda da narkotiklə bağlı dəhşətli vəziyyət yaranıb.
“Ermənistanda narkotiklərdən istifadə halları təxminən 95% artıb. Narkotik satan müxtəlif Telegram kanalları belə mövcuddur”, - deyə erməni ekspert söyləyib.
- Bakının 2 rayonunda işıq olmayacaq
- Oğuza istirahətə getdi, kirayə qaldığı evdə öldü
- Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - Foto
- Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
- Maşını ilə gəlinini narahat edən kişinin üzərindən keçdi
- Ağır qəza: bir ailənin 3 üzvü öldü - Foto
- Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib
- Dramatik matçda İngiltərə 1/4 finala vəsiqə qazandı - Yenilənib