Kılıçdaroğluna prezident seçkisinin ikinci turunda Ərdoğanı məğlub etməyə kömək etməyə çalışan ABŞ və AB türk lirəsini və Türkiyə birjasını vurdu. Bir növ onları çökdürdü. Onların taktikası budur.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov 28 mayda Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı prosesləri şərh edərkən deyib.
“Kılıçdaroğlu indi fəal şəkildə Rusiyanı Türkiyə seçkisinə Ərdoğandan yana müdaxilə etməkdə ittiham edir. Amma Rusiya belə bir müdaxilə etmir. ABŞ və AB isə Kılıçdaroğlunun tərəfində seçkilərə aktiv şəkildə müdaxilə edir”, - o bildirib.
Qeyd edək ki, 28 mayda keçiriləcək ikinci turda Cümhur İttifaqının namizədi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu mübarizə aparacaq.
- Ermənistana 30 vaqon propan qazı göndərilir
- Şuşada mühüm konfrans keçirildi
- Xameneini biz öldürdük - Katz
- "Azercell" yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
- Ürək tutmasından öldü, qəzaya səbəb oldu
- Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?