Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 10 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 16 nəfər sağalıb, 1 nəfər xəstəlikdən vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 716 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 367 nəfər müalicə olunaraq sağalıb, hazırda 78 aktiv xəstə var. Bu günə qədər 10 271 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 828, bu günə qədər isə ümumilikdə 7 609 770 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 211 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 811 olub.
- Ermənistana 30 vaqon propan qazı göndərilir
- Şuşada mühüm konfrans keçirildi
- Xameneini biz öldürdük - Katz
- "Azercell" yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
- Ürək tutmasından öldü, qəzaya səbəb oldu
- Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?