Bu il Rusiya və Azərbaycan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya-İslam Dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunda deyib.
“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Məsələn, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon ABŞ dolları təşkil edib. Bu, çox ciddi artım idi. Söhbət təxminən 24,5%-lik artımdan gedir... Bu ildə yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik”, - A.Overçuk bildirib.
2022-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83%-ni təşkil edib.
2021-ci ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 12,1% artaraq 2,99 milyard ABŞ dollarına çatıb.
- Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış
- Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video
- Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi