Azərbaycan Dillər Universitetində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Kult.az xəbər verir ki, mərasimdə çıxış edən xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib:
“Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında 5 nəfərə təqdim edək. Artıq dördüncü dəfə təqdim etdiyimiz mükafat bu dəfə onunla əlamətdardır ki, bu il Ulu Öndərin 100 iliyidir.
Bəs niyə “Ədəbiyyat adamı?” Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə Ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşakarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdir. Mükafatın qalibləri tamamilə subyektiv meyarlar əsasında seçilib. Bu mükafatın unikallığı ondadır ki, burda konkurentlər yoxdur”.
Daha sonra qaliblər Məmməd Oruc, Mahir Qarayev, İlham Rəhimli, Fəxri Uğurlu və Maral Yaqubova təltif olunublar.
Qaliblər çıxış edərək mükafata layiq görüldükləri üçün təşəkkür ediblər.
Qeyd edək ki, “Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.
- Ermənistana 30 vaqon propan qazı göndərilir
- Şuşada mühüm konfrans keçirildi
- Xameneini biz öldürdük - Katz
- "Azercell" yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
- Ürək tutmasından öldü, qəzaya səbəb oldu
- Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?