Bütün dünyada olduğu kimi Azərbaycanda da təhsildən yayınma halları var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir:
“Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizi sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə tədbirlər çox edəcəyik. Bu festival göstərdi ki, ölkənin bölgələrindəki təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. İnanıram ki, belə tipli tədbirlər ilk növbədə şagirdlərin özləri üçün çox faydalıdır. Şagirdlər belə tədbirlərdən sonra daha motivasiyalı olub, öyrənməyə, hazırlıqlı olmağa, daha yaxşı vətəndaş olmağa cəhd göstərəcəklər".
- Rusiya səfiri XİN-ə çağırıldı
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir