Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır.
BUTA.TV xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
“Hesab edirəm ki, dünyanın iki yerə bölünməsinin qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, - baş katib vurğulayıb.
O eyni zamanda qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişədə birbaşa sülhə nail olmaq üçün perspektiv görmür.
Baş katib həmçinin, Şimali Koreyanın nüvə proqramını tamamilə qəbuledilməz adlandırıb. O, nüvə silahı olmayan bir dünyanın qurulmasını isə mümkün hesab etdiyini bildirib.
- Rusiya səfiri XİN-ə çağırıldı
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir