Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub. A.Məmmədov uzun müddət daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət keçib.
- Rusiya səfiri XİN-ə çağırıldı
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir