Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında qrup hərəkətləri üzrə komandalar arasında beş halqa və üç lent və iki topla hərəkətlərin icrasında finalçılar müəyyənləşib.
BUTA.TV xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri beş halqa, üç lent və iki topla hərəkətlərin icrasında finala vəsiqə əldə ediblər.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.
Yarışa mayın 21-də yekun vurulacaq.
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video
- Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu