Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.
BUTA.TV-ın xəbərinə görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.
İsrail komandası 32,150 xalla gümüş, ispaniyalı gimnastlar isə 31,200 xalla bürünc mükafata sahib olub.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı
- Əli Kərimli DTX-ya aparıldı