Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölən əsgərin anası Qayane Akopyanın həbsinə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
"Oğlunu döyüş meydanında itirmiş ananın həbsi hətta gündüz İrəvanın mərkəzində vətəndaşın üzünə tüpürən bədnam parlament sədrinin iyrənc əməlindən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin hədsizliyi sərhəd tanımır. Belə davam edərsə, ölkəmizi daha acınacaqlı, hətta dağıdıcı bir perspektiv gözləyir”, - o bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşotu oğurlamağa cəhd iddiası ilə müharibədə ölən əsgərin anası Qayane Akopyan həbs edilib.
Bundan öncə isə Ermənistan parlamentinin sədri Alen Simonyan onu satqın adlandıran vətəndaşı cangüdənlərinə qolundan tutduraraq, gözünə tüpürmüşdü.
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi