Volqoqradda Quranı yandıran gənc saxlanılıb. Rusiya təhlükəsizlik qüvvələri onu "kadırovçu"ların ixtiyarına vermək qərarına gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, mayın 19-da gənc oğlan Volqoqraddakı məscid kompleksinin ərazisində müqəddəs Qurani-Kərimi yandıraraq bu prosesi videoya çəkib:
"Video internetdə peyda olandan sonra gənc saxlanılıb və dindirmə zamanı o, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 10 min rubl mükafat müqabilində Quranın yandırılmasını təşkil etdiyini etiraf edib. Sonra o, videonu Ukrayna ordusunun zabitinə verib. Dindirilmə zamanı gənc Rusiya ordusunun hərbi obyektlərini lentə aldığını da etiraf edib. Ona qarşı müvafiq maddə üzrə cinayət işi açılıb. Bu hadisələr müttəhimin özünün yaşadığı Volqoqradda baş versə də, Rusiya İstintaq Komitəsi bu cinayət işini Çeçenistana ötürmək qərarına gəlib.
Ərazi yurisdiksiyasının dəyişdirilməsi qərarının səbəbi bir sıra əsaslar, xüsusən də Çeçenistan sakinlərinin çoxsaylı müraciətləri olub".
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi