Ukraynalılar Baxmutda "Vaqner"i praktiki olaraq məğlub etdilər. Ancaq çox keçmədən Priqojinin muzdluları son məğlubiyyətlə üzləşəcəklər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşunları qrupunun spikeri Sergey Çerevatı deyib.
Onun proqnozuna görə, “Vaqner” Baxmutda tamamilə məhv ediləcək:
"Qoy onlar (Baxmutdakı işğalçılar) daimi təhlükə hiss etsinlər. Ya indi, ya da bir az sonra onları mühasirəyə alacağıq, amma o qrup tamamilə məğlub olacaq".
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Baxmutun kənarında düşməni geri sıxışdırır:
"Bu arada “Vaqner” artıq bərpası mümkün olmayan itkilərə məruz qalıb. "Vaqner" artıq əvəzolunmaz itkilər verib. Düşmən üzərində canlı qüvvə və mərmi üstünlüyümüz olmamasına baxmayaraq, biz düşməni geri itməyə çalışırıq. Əsas zərbələr harada olacaq, qoy düşünsünlər və narahat olsunlar".
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı