Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.
"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək. Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır. Çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir", - dövlət başçısı qeyd edib.
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi