Oğlumdan şikayət ərizəsini geri götürməsini istəməmişəm.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“Bu məsələ ilə bağlı birinci danışığımızda Aşot məni bu xahiş və müraciətdən məhrum edib”, - baş nazr bildirib.
N.Paşinyan əlavə edib ki, hadisə baş verən zaman ölkədə olmayıb:
“Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, “əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?” Mən bu faktı necə qarşılamalıyam? Bütün vətəndaşların problemləri məhkəmə qaydasında həll edilməlidir”.
N.Paşinyan deyib ki, bundan sonra oğlundan məsələ ilə bağlı xahiş etməyə heç bir arqumenti qalmayıb.
Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir N.Paşinyanın oğlu Aşotu qaçırmağa cəhddə şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etməyib, buna etiraz olaraq aclıq aksiyasına keçirib. Mayın 20-də məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.
- Dəmir yolunun 100 illiyinə həsr olunan - Fotoalbom
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu