Hazırda Ermənistanda itmiş Azərbaycan vətəndaşı yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycan tərəfi ilə danışıqlarda belə bir anlayış var ki, sərhəddə azmış şəxslər sadələşdirilmiş qaydada bir-birinə qaytarılmalıdır. Söhbət bilmədən sərhədi keçənlərdən gedir. Amma indi Ermənistanda belə Azərbaycan vətəndaşları yoxdur”, - Paşinyan bildirib.
Ermənistanda əsirlikdə olan iki Azərbaycan hərbçinin ekstradisiyası ilə bağlı sualı cavablandıran Paşinyan deyib ki, münasibətlərin tənzimlənməsi mürəkkəb prosesdir, birtərəfli ola bilməz:
“Hüquqi prosedurlardan sonra müxtəlif imkanları nəzərdən keçirmək olar. Ermənistan vətəndaşının öldürülməsinə göz yuma bilmərik. Təbii ki, burada təqsirsizlik prezumpsiyası da var. Hazırda araşdırma aparılır, ardınca işə məhkəmə baxacaq”.
Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanları azaraq düşmən ölkənin ərazisinə keçən Azərbaycanın iki əsgərinə qarşı ağlasığmaz iddialar irəli sürərək, onları həbsə atıb. Həmçinin onlar saxlanılarkən vəhşicəsinə döyülüblər.
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi
- ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama
- Bağçalara müəllimlərin sənəd qəbulu başlayır
- Bakı və İrəvan arasında sülh... - Leyen
- Ukraynada öldürülən “qatil” azərbaycanlılar - Fotodakı müəmma
- Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər - Video
- Putin məni təəccübləndirdi: Ukraynaya bu silahı verəcəm!