Qarabağda separatçılar arasında intensivləşən “siyasi mübarizə”də iki şəxs önə çıxıb: Samvel Babayan qondarma “dövlət naziri” olmaq niyyətindədir; bu postdan uzaqlaşdırılan Ruben Vardanyan yenidən “dirilir”.
Laçın postunun qurulmasından sonra mövcudluğu sual altında düşən separatçılar arasında “siyasi mübarizə”nin ön plana çıxması rejimdə mövqe tutmaqdan daha çox iki paytaxtın – İrəvan və Moskvanın planı və bu plan üzərindən yaşanan qarşıdurma kimi görünür.
Babayan Paşinyana yaxındır, onun Xankəndidə boy göstərməsinin də İrəvanın planı olduğuna dair məlumatlar var. Əsas diqqətçəkən məqam Babayanın Bakı ilə inteqrasiya prosesinə müəyyən qədər loyal yanaşmasıdır. Ermənistanda müxalif media bunu “Qarabağın Bakıya təhvil verilməsi” planı olduğunu yazır, Babayanın inteqrasiya haqda fikirləri, eləcə də mümkünsüz görünən “100 gün ərzində Laçın postunu açacam” iddiası yazılanlarda əsas istinad nöqtələridir. Hərçənd, bu, Paşinyan hakimiyyətinin Qarabağa dair planları ilə ziddiyyət təşkil edir. Məhz bu məqam Babayan üzərindən İrəvanın qurduğu oyuna diqqət çəkir:
Birincisi, Babayan üzərindən separatçı rejimdə təsir imkanlarını gücləndirmək istəyirlər: bu, Moskvanın Xankəndidən Ermənistan siyasətinə təsirini azaltmaqla yanaşı, danışıqlar masasında Qarabağ kartından istifadə imkanını da əllərində saxlamaq məqsədi daşıyır;
İkincisi, İrəvan Babayanı danışıqlar masasında irəli sürdüyü “Bakı-Xankəndi formatı”nda “erməni əhalisinin təmsilçisi” kimi oyuna daxil etməyi planlaşdırır: Babayanın “inteqrasiyaya loyal” mövqe sərgiləməsi də bundan qaynaqlanır.
Vardanyanın yenidən “dirilmək” istəyi isə onu ümumiyyətlə Xankəndidə istəməyən Babayanın önə çıxması fonunda “özünüqoruma” instinkti ilə yanaşı, bunun Moskvanın planlarına uyğun olmamasıdır. Vardanyanın əsas missiyası Qarabağdan Ermənistan siyasətinə transformasiya etmək və Paşinyana rəqib olmaqdır, onun qondarma “dövlət naziri” postundan uzaqlaşdırılsa da, bölgədə qalması və Nikola qarşı “arsax döyüşçüsü” tonunda etirazları da bununla bağlıdır.
Babayan-Vardanyan üzərindən yaşanan qarşıdurma yeni başlayır. Baş verənlər separatçıların “qan itirməsi” baxımından Bakıya sərf edir, lakin müəyyən həmlələr, xüsusilə problemlərin çoxalmasına səbəb olacaq addımlar prosesi daha da genişləndirə bilər.
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi
- ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama
- Bağçalara müəllimlərin sənəd qəbulu başlayır
- Bakı və İrəvan arasında sülh... - Leyen
- Ukraynada öldürülən “qatil” azərbaycanlılar - Fotodakı müəmma
- Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər - Video