Yaponiyanın “Cellato” dondurma brendinin istehsal etdiyi xüsusi dondurmanın qiyməti rekord qırıb.
BUTA.TV xəbər verir ki, yapon dilindən tərcümədə “Ağ gecə” mənasını verən bu dondurmanın bir porsu 6380 dollardır.
Yeyilə bilən qızıl yarpağı ilə servis edilən dondurma İtaliyanın Alba şəhərində istehsal olunan ağ trüfle ilə hazırlanır. Həmin trüflenin bir kiloqramı 14500 dollardır.
Şirkət rəsmisi bildirib ki, istənilən dadı əldə etmək üçün dondurma uzun sınaqdan və inkişaf prosesindən keçir. Bu isə təxminin bir il yarımdan çox vaxt aparır.
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı
- Əli Kərimli DTX-ya aparıldı