Ukraynaya F-16 qırıcıları verilməsi qərarına cavab olaraq Rusiyanın “Fırtına” adlı elit aviasiya qrupu formalaşdırması planı daxili auditoriyaya yönəlib və çətin ki, cəbhədə vəziyyətə təsir etsin.
BUTA.TV xəbər verir ki, bu sözləri milli təhlükəsizlik məsələləri üzrə ukraynalı ekspert İvan Varçenko deyib.
Ekspertin fikrincə, rusiyalı rəsmilər əhalini sakitləşdirmək və cəbhədə dəyişikliklərə ümid vermək üçün belə bəyanatlar yayırlar.
"Rusiya hökuməti əhalisini sakitləşdirməyə çalışacaq ki, guya o, hansısa dəhşətli adı olan birlik yaradacaq və bir daha Kiyevi və bütün Ukraynanı məhv edəcək. Amma biz bunu artıq eşitmişik", - Varçenko əlavə edib.
Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərəcək “Fırtına” kod adlı yeni elit aviasiya qrupu yaradacağını bildirib.
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!
- Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?
- Dəmir yolunun 100 illiyinə həsr olunan - Fotoalbom
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq