Hazırda Ali Seçki Qurumunun Ankaradakı seçki izləmə mərkəzindəyik. Rəsmi xəbərlərdə də yenilənmələr gözlənilir, bu saata görə qutuların 75%-dən artığı sayılıb və Ərdoğan 3 milyon səs fərqlə öndədir.
Bu sözləri BUTA.TV-a açıqlamasında türkiyəli terror və təhlükəsizlik eksperti İmbat Muğlu deyib.
Ekspert ikinci turun Ərdoğanın qələbəsi ilə bitəcəyinə şübhə etmədiyini bildirib:
“Bu seçki həm türk, həm də müsəlman aləmi tərəfindən diqqətlə izlənilir və bir çox məsələlərə görə ilkləri yaşayırıq. Hazırki nəticələr Millət İttifaqının birinci turdan keçən iki həftəlik müddət ərzində səsini artırmağa nail olmadığını göstərdi. Çünki ittifaq xalqla iş aparmaq yerinə bir-biri ilə daxildə çəkişməyə başladı və nəticədə qan itirdi. Fikrimcə, seçkidə cənab Ərdoğan 51-53% faiz səslə qalib olacaq. Biz qarşıdakı 1-2 saat ərzində daha konkret mənzərə ilə qarşılaşacağıq”.
- AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
- Abituriyentlərin nəzərinə: İyulun 7-dən 20-dək...
- Bu yazının qəhrəmanı sabah öləcək...
- Təsadüfən əsas heyətə düşüb DÇ-nin taleyini dəyişdi - Fotolar
- Belçika darmadağınla 1/4 finalda - Yenilənib - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video