Bütün dünyaya demokratiya dərsi verəcək səsvermə prosesi tamamlandı. Millətimiz bir daha Türkiyəni kimin idarə edəcəyinə qərar verəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri AKP-nin sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.
“Demokratik prinsiplərini daxililəşdirənlər də nəticəyə hörmətlə yanaşacaqlar. Türkiyə ilk dəfə 2-ci tur seçimini yaşadı və müvəffəqiyyətlə də bitirdi. İndi açıqlanan nəticələr göstərir ki, cənab Prezidentimizə yüksək etimad davam edir.
CHP sözçüsü iki dəfə tələsik ard-arda açıqlamalar verdi. Bir daha görürük ki, onlar əllərində olan məlumatları bütün Türkiyənin məlumatları kimi təqdim etməyə və vəziyyəti gərginləşdirməyə çalışırlar.
“Heç kim balkon çıxışı etməsin və ya vəziyyəti gərginləşdirməsin” deyə fikirlər səsləndirilir. Faiq bəy gərək bilsin ki, bu səpkidə açıqlama mayın 14-ü gecəsi CHP-nin iki bələdiyyə sədrindən gəlib.
Bütün rəsmi və digər partiyaların məlumatlarını təhqir edərək, “Aramızda qalib gəldik” kimi məsuliyyətsiz mövqe sərgilədilər.
Bütün vətəndaşlarımız təmkinli olsun, sandıqlar açılır. Bunu bir yerdə ekranlardan da görürük, nəticələr çıxır və milli iradə özünü göstərməyə başlayıb. Biz axırıncı səs hesablanana, cədvəl formalaşana qədər aldığımız nəticə budur, verilən səslərimiz belədir deməyən və hörmətlə gözləyən siyasi ənənəyə sahibik”, - Çelik bildirib.
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat