Zəfər Partiyasına qalan 3,5 gün oldu. Bu vaxta qədər yığılan xətalar 3,5 günə bu qədər düzəldildi.
BUTA.TV xəbər verir ki, bu sözləri Zəfər Partiyasının sədri Ümid Özdağ seçkilərdə dəstək verdiyi Millət İttifaqı namizədi Kamal Kılıçdaroğlunun məğlubiyyəti haqda qeyd edib.
O bildirib ki, CHP-dən ilk telefon zəngi 18 mayda gəlib:
“İlk ziyarət 19 mayda, ikinci ziyarət 22 mayda oldu. 24 mayda protokol imzalandı. Zəfər Partiyasına 3,5 gün qaldı. Zəfər Partiyası üzərinə düşəni etdi. Ancaq strateji xətalar taktiki uğurlarla düzəldilmir”.
Özdağ Zəfər Partiyasının Atatürk yolu ilə türk millətçiliyi mücadiləsinə ara vermədən davam edəcəyini vurğulayıb:
“21 ildir bir məğlubiyyətdən digərinə sürüklənən bütün yurddaşlarımızı türk millətinin zəfəri üçün Zəfər Partiyasına dəvət edirəm. Türkiyə üçün qarşıdakı müddət çox çətin olacaq. Ərdoğan qazanıb, amma bu, bir Pirr qələbəsidir. Qazanırkən məğlub olmuşdur. Ümidsizliyə ehtiyac yoxdur”.
Qeyd edək ki, ATA İttifaqının prezident seçkilərində keçmiş namizədi Sinan Oğan Cümhur İttifaqına (Ərdoğana), İttifaqın əsas partiyası Zəfər Partiyası isə Millət İttifaqına (Kılıçdaroğlu) dəstək verirdi.
Ərdoğan 52,2 faiz səslə ötən gün baş tutan prezident seçkilərinin ikinci turunda qalib gəlib.
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu
- Bəzi rayonlara leysan yağır
- AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
- Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb