Surovikinin həbsi mümkündür? - 7 səbəb

10:02 - 29 İyun 2023 - GÜNDƏM

 Surovikinin həbsi mümkündür? - 7 səbəb

Qərbyönlü Rusiya KİV-ləri Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikinin həbs olunduğunu yazıb. Düşünürəm ki, bu xəbər doğru deyil.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı tanınmış politoloq Sergey Markov qeyd edib.

O, Surovikinin həbsini aşağıdakı səbəblərdən dolayı yalan ola biləcəyinə işarə edib:

1. Surovikin birbaşa televiziyada Priqojinin üsyanına qarşı çıxış etdi;

2. Kimin günahkar olduğunu müəyyən etməli olan istintaq indicə başlayıb. Çox vaxt aparmayacaq;

3. Surovikin orduda məşhurdur;

4. Surovikin yaxşı peşəkardır və ordunun ona ehtiyacı var;

5. Üsyançıların başçıları azadlıqda ola-ola, onlara qarşı çıxanların həbs edilməsi qəribə olmazdımı?

6. Surovikinin həbsi ilə bağlı mənbələr tam aydın deyil;

7. Dezinformasiyaya maraq açıq-aşkar görünür - üsyan mövzusunu diqqət mərkəzində saxlamaq; hakimiyyət isə bu mövzunu gündəmdən çıxartmağa çalışır ki, daha tez unudulsun.

Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin və onun müavini general-polkovnik Andrey Yudinin vətənə xəyanətdə günahlandırıldığı barədə xəbərlər yayılıb.

Daha sonra Yudin özünün həbs olunduğu barədə xəbərləri təkzib etsə də, Surovikinin harada olmasından xəbərsiz olduğunu bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol